Həftəlik və aylıq biletlər satılacaq
20.08.2026 [17:57]
Turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.