Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvi və özbək ədəbiyyatı

23.08.2026 [19:44]

Xəbərin mətni

Klassik özbək ədəbiyyatında Nizami ənənələri güclü olub. Hətta XIV–XIX əsrlərdə onlarla özbək şairi dahi sənətkarın demək olar ki, bütün əsərlərinə nəzirələr yazıb, “Xəmsə”nin mövzu və süjetlərindən bəhrələniblər. XIV əsrdə Qütb Xarəzmi, XVI əsrdə Əlişir Nəvai, eləcə də sonrakı əsrlərin özbək şairləri Nizami Gəncəvinin şeirlərinə dərin rəğbət bəsləyiblər.