Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil

31.08.2026 [11:02]

Xəbərin mətni

Müasir dünyada dövlətlərin beynəlxalq çəkisi yalnız ərazi, əhali və iqtisadiyyatının miqyası ilə müəyyənləşmir. Ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Xüsusilə qlobal iqtisadi fəallığın getdikcə daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının iqtisadi maraqlarla yanaşı, geosiyasi əhəmiyyət də qazandığı indiki mərhələdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır.