Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Əliyev: Azərbaycanda bir sıra balıq növləri üzrə özünütəminetmə səviyyəsi yüksəkdir

01.09.2026 [14:39]

Xəbərin mətni

Azərbaycan yerli şəraitdə yetişdirilən bir sıra balıq növləri üzrə özünütəminetməyə demək olar ki, nail olub. Bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev yeni qəbul olunmuş Toxumçuluq və Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.