Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış

04.09.2026 [16:43]

Xəbərin mətni

Riyaziyyatda, ümumiyyətlə, asan məsələ olmur. Çünki bu, testologiya deyil. Uşaqlara hazırlığın əvvəlində də deyirik ki, riyaziyyatın müxtəlif istiqamətləri var. Orta məktəb proqramını nəzərə almasaq, gücləndirilmiş riyaziyyat və olimpiada riyaziyyatı bir-birindən fərqlənir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov söyləyib.