Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq
07.09.2026 [12:33]
Xəbərin mətni
Elektrikləşmənin sürətləndirilməsi enerji keçidinin əsas istiqamətlərindən biridir və bu məsələ COP31 çərçivəsində də diqqət mərkəzində olacaq. Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.