Təranə Əmiraslanlı: XXI əsrin kimya müəllimi şagirdə yalnız bilik deyil, bacarıq da qazandırır
07.09.2026 [13:10]
Xəbərin mətni
Vaxtilə kimya müəllimləri bu fənnə daha çox informasiya ötürücüsü kimi yanaşırdılarsa, hazırda müəllim şagirdə informasiyanı əyani təcrübələr, süni intellekt, virtual laboratoriyalar və fənlərarası əlaqələr vasitəsilə çatdırmalıdır. Bu isə məsuliyyətimizi daha da artırır. Bu fikirləri 161 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Əmiraslanlı söyləyib.