Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil

07.09.2026 [13:50]

Xəbərin mətni

Son dövrlərdə baş verən qlobal böhranlar və enerji sektoru, qlobal təchizat zəncirləri, kəşfiyyat və məlumat mərkəzlərinin üzləşdiyi ciddi fasilələr göstərdi ki, qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil. Əsas məqsəd bütün ekoloji çağırışların öhdəsindən gəlməyə qadir olan təmiz, təhlükəsiz və dayanıqlı enerji sistemini optimal sürətlə qurmaqdır. AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılış mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.