AİB rəsmisi: Metan emissiyalarının azaldılmasında əsas məsələ maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır
07.09.2026 [17:04]
Xəbərin mətni
Metan emissiyalarının azaldılması üçün əsas problem iqtisadi imkanların çatışmazlığı deyil, bu istiqamətdə zəruri stimulların, monitorinq, hesabatlılıq və verifikasiya sistemlərinin, eləcə də maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır. Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusunda sessiyada çıxışında Asiya İnkişaf Bankının (AİB) mütəxəssisi Tron Svanes deyib.