Franko Luçerini: Emissiyaların azaldılması iqtisadi fayda yaradan investisiya kimi qiymətləndirilməlidir
07.09.2026 [17:17]
Xəbərin mətni
Metan emissiyalarının azaldılması üçün müxtəlif texnologiya və həllər mövcuddur. Emissiyaların azaldılması layihələri yalnız xərc kimi deyil, həm ekoloji, həm də iqtisadi fayda yaradan investisiya kimi qiymətləndirilməlidir. Bunu "Baker Hughes" şirkətinin satış və həllərin arxitekturası üzrə direktoru Franko Luçerini Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW) çərçivəsində keçirilən "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" adlı panel sessiyada çıxış edərkən deyib.