BMT-nin nümayəndəsi: Xəzər dənizində dramatik dəyişikliklər baş verə bilər
08.09.2026 [11:32]
Xəbərin mətni
Xəzər dənizində əməkdaşlıq sıfırdan başlamır. Tehran Konvensiyası və onun protokolları Xəzəryanı beş ölkə üçün əməkdaşlığın mühüm çərçivəsini təmin edir. Bunu BMT-nin Layihə Xidmətləri Ofisinin çoxölkəli ölkə direktoru Simonetta Siliqato “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın ikinci günündə "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.