BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir
08.09.2026 [11:33]
Xəbərin mətni
Xəzər dənizinin üzləşdiyi ən ciddi çağırış insan fəaliyyətinin məcmu təsiri və bunun üzərinə iqlim dəyişmələrinin yaratdığı təzyiqdir. Bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi, təşkilatın Layihə Xidmətləri Ofisinin (UNOPS) bir neçə ölkə üzrə direktoru Simonetta Siligato deyib.