Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fond rəhbəri: İstilik və elektrik enerjisi sektorları arasında inteqrasiyada rəqəmsal infrastruktur mühüm rol oynayır

08.09.2026 [16:23]

Xəbərin mətni

Dünyada ötən il enerjiyə qoyulan ümumi investisiyalara nəzər salsaq, düşünürəm ki, bunun təxminən üçdə ikisi – 2,3-2,4 trilyon ABŞ dolları həcmində vəsait – yaşıl enerjiyə yatırılıb. Bu investisiyaların təxminən 90 faizi Günəş və külək enerjisinin payına düşüb. Beləliklə, görürük ki, əsasən Günəş və külək enerjisi geniş miqyasda inkişaf etdirilir. Bu sahələrdə hələ də böyük inkişaf və genişlənmə potensialı mövcuddur. Bunu Dünya İqlim Fondu təşkilatının təsisçisi və baş icraçı direktoru Jens Nielsen “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" adlı sessiyada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI