Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır

08.09.2026 [18:12]

Xəbərin mətni

Mənzil təminatı, yaşayış məskənləri və iqlim fəaliyyəti təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Bunlar bir-biri ilə sıx bağlıdır və dayanıqlı şəhər inkişafı üçün birbaşa əhəmiyyət kəsb edir. Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzulu panel sessiyada xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI