Azərbaycan Dövlət İnformasiya Agentliyi

TBMM üzvü: Beynəlxalq səviyyədə qəbul edilən qərarlar milli siyasətə, qanunvericiliyə və investisiyalara çevrilməlidir

09.09.2026 [12:15]

Xəbərin mətni

Son 10 ildə beynəlxalq iqlim siyasəti sahəsində mühüm hədəflər müəyyən edilib. Bu gün qarşımızda duran əsas məsələlərdən biri həmin hədəflərin necə həyata keçiriləcəyidir. Beynəlxalq səviyyədə qəbul edilən qərarlar milli siyasətə, qanunvericiliyə və investisiyalara çevrilməlidir. Bunu Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI