Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

09.09.2026 [12:37]

Xəbərin mətni

Bu gün biz sürətli ətraf mühit dəyişikliklərinə məruz qalan bir planetin fonunda bir araya gəlmişik. İqlim dəyişikliyi reallığı artıq uzaq bir təhlükə deyil. Proqnozlar artıq bütün dünyada gözlə görünür. Son bir neçə ildə ciddi dəyişikliklərin şahidi olmuşuq. Bunu bu gün sahillərimiz və sahilyanı ərazilərimiz boyunca da görə bilərsiniz. İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlara və qlobal maliyyə bazarlarına təzyiq göstərərək mövcud çətinlikləri daha da artırır. Bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI