Azərbaycan Dövlət İnformasiya Agentliyi

Valdas Dambrauskas: Hesab arasındakı fərq daha az ola bilərdi

11.09.2026 [11:05]

Xəbərin mətni

Düşünürəm ki, oyuna kifayət qədər yaxşı başladıq. Komandada qorxu və ya həyəcan hiss etmədim. Bütün 90 dəqiqə ərzində öz oyunumuzu oynamağa çalışdıq. Bəzi epizodlarda ritmimizi tapdıq, topa nəzarət etdik və zaman-zaman “Mançester Yunayted”in təzyiqindən çıxa bildik. Bunu “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirilən ilk tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.