Siyasi şərhçi: Prezidentin İslam aləminin birliyi barədə qeyd etdiyi məqamlar xüsusi məna daşıyır
16.09.2026 [14:54]
Xəbərin mətni
Azərbaycan illərlə təkcə ərazilərinin işğal altında olması ilə deyil, beynəlxalq hüququn qəbul edilmiş qərarlarının icrasız qalması ilə də üzləşdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcud idi, Azərbaycan bütün beynəlxalq platformalarda bu məsələni qaldırırdı, amma işğal amilinə görə Ermənistana qarşı real sanksiya mexanizmi tətbiq edilmədi, işğalçı öz adı ilə çağırılmadı. Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.