Nuriddin Xaliknazarov: Prezident İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib
16.09.2026 [15:05]
Xəbərin mətni
Allaha şükürlər olsun ki, belə bir məsciddə namaz qılmaq bizə nəsib oldu. Bu işlərin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin yüksək iradəsi, cəsarəti və siyasi iradəsi mühüm rol oynayıb. Azərbaycan xalqının birliyi, vətənpərvərlik ruhu sayəsində böyük işlər həyata keçirilib. Bunu Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliknazarov Ağdam Cümə məscidində keçirilən Yəhya Bakuvi Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.