“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir
24.09.2026 [17:47]
Xəbərin mətni
Son 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və bir regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması nəticəsində “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 24-də keçirilən brifinqdə deyib.