Zakir İbrahimov: Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə başlanması planlaşdırılır
24.09.2026 [17:52]
Xəbərin mətni
Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsalın 2030-cu ildə başlanması nəzərdə tutulur. Mədən, zənginləşdirmə, boru kəməri, pellet və İsti Briketlənmiş Dəmir – İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə deyib.