“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir
24.09.2026 [17:54]
Xəbərin mətni
Son 10 ildə yalnız qızıl hasil edən şirkət kimi deyil, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli milli dağ-mədən şirkəti kimi formalaşan “AzerGold”un qarşıdakı illərdə fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur”. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 24-də keçirilən brifinqdə deyib.