Mikayıl Cabbarov: Nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyə can atırıq
25.09.2026 [11:53]
Xəbərin mətni
Biz nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyə can atırıq və buna görə də prioritetimiz bunu özəl sektorun rəhbərlik etdiyi şaxələndirilmiş, ixracayönümlü iqtisadiyyata çevirməkdir. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım ildə orta hesabla 6 faiz təşkil edib, qeyri-neft sənayesi 50 faiz, qeyri-neft-qaz ixracı isə iki dəfəyə yaxın artıb. AZƏRTAC xəbər verir ki, bu sözləri İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.