27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı
27.09.2026 [10:37]
Xəbərin mətni
30 illik həsrət, doğma torpaqlara qayıtmaq arzusu və işğalın silinməyən izləri... Bütün bunlara cəmi 44 gündə son qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı Vətən müharibəsi ilə, Vətən müharibəsi isə Zəfərlə nəticələndi. Sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Azərbaycan Ordusu bu təxribata cavab olaraq əks-hücum əməliyyatına keçdi. Beləliklə, Vətən müharibəsi başladı. Amma bu tarixin əsl mənasını anlamaq üçün yalnız bir günə deyil, 30 il davam edən işğal tarixinə baxmaq lazımdır.