Millinin baş məşqçisi: Məqsədimiz Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməkdir
22.10.2026 [17:51]
Xəbərin mətni
Hazırlığımız plan üzrə davam edir, artıq son mərhələyə yaxınlaşmışıq. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Turnirin formatı yeni olduğu üçün rəqiblər haqqında kifayət qədər məlumatımız yoxdur. Əlimizdə olan məhdud məlumatlar üzərində işləyirik. Öz oyun planımıza sadiq qalmağı düşünürük. Bu sözləri FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-16 milli komandasının baş məşqçisi Famil Xəlilov Hövsan Yarış Kompleksində təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.