Nazim Süleymanov: Milli komandamızdan qələbələr gözləyirik
22.10.2026 [17:57]
Xəbərin mətni
Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. Hər bir futbolçunun dünya çempionatında iştirakı onun üçün böyük şansdır. Bu şansdan istifadə etmək, gələcəyə baxmaq və böyük futbolçu olmaq üçün indidən təkan lazımdır. İnanıram ki, gənc futbolçularımız qələbə əzmi ilə meydana çıxaraq hamımızı sevindirəcəklər. Bu, böyük sevinc və futbol bayramıdır. Futbolsevərləri bu yarışa dəvət edirəm. Bu sözləri veteran futbolçu Nazim Süleymanov Bakının ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalı barədə jurnalistlərə açıqlamasında deyib.