Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubadda selin fəsadları - 15-ə yaxın evə və təsərrüfatlara ziyan dəyib

23.10.2026 [18:47]

Xəbərin mətni

Dünən axşam saat 21 radələrində başlayan intensiv yağışlar nəticəsində Dırnıs və Anaqut kəndlərinin bir neçə məhəlləsinə sel gəlib. Nəticədə evlərin ətrafındakı ərazilərə, təsərrüfatlara, avtomobillərə və digər texnikalara ziyan dəyib. İlkin məlumata əsasən, təxminən 15 evin ətrafındakı təsərrüfat sahələrinə zərər dəyib, bəzi yerlərdə hasarlar uçub. Bu sözləri jurnalistlərə açıqlamasında Ordubad rayon Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov deyib.