Kristian Fillet: Süni intellekt düzgün idarə edilməsə xidmətləri dəstək göstərilməli olan insanlardan uzaqlaşdıra bilər
23.10.2026 [22:04]
Xəbərin mətni
Sosial siyasət heç vaxt mücərrəd anlayış olmayıb. O, şəhərlərimizdə, regionlarımızda və sosial xidmət müəssisələrində ən həssas vəziyyətdə olan insanlara hər gün birbaşa dəstək göstərən mütəxəssislərin fəaliyyətində real məzmun qazanır. Bunu Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda videomüraciəti zamanı deyib.