Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kitab sərgisinin fəxri yazıçısı: Uşaqlarda mütaliəyə maraq oyatmağa çalışırıq

24.10.2026 [12:48]

Xəbərin mətni

Uşaq kitabları böyük bir sınaqdan keçdi. Çünki onların qarşısına alternativ, çox güclü bir rəqib – texnologiya çıxdı. Kompüterlər, telefonlar və digər rəqəmsal vasitələr kitabları bir qədər arxa plana keçirdi. Amma yaxşı ki, yazıçıların, nəşriyyatların və kitabsevərlərin səyləri sayəsində kitablar yavaş-yavaş öz əvvəlki mövqelərinə qayıdır. Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, uşaq yazıçısı, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskaya (Yusifqızı) deyib.