Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Cəfərov: Mədəniyyətlərarası Dialoq Forumunun miqyası və iştirakçı dairəsi genişlənib

26.10.2026 [13:54]

Xəbərin mətni

Bu il “Bakı Prosesi”nin 15-ci ildönümü qeyd olunur. Bu proses illər ərzində həm miqyasına, həm də iştirakçı auditoriyasının əhatə dairəsinə görə genişlənib. Tədbirə daha çox dövlət, beynəlxalq təşkilat, qeyri-hökumət təşkilatı, media nümayəndəsi, gənc lider və dini lider cəlb olunur. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.