Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT Sivilizasiyalar Alyansının direktoru VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramından danışıb

26.10.2026 [13:55]

Xəbərin mətni

Mədəniyyətlərarası Dialoq Forumunda dünya miqyasından görkəmli dini xadimlərini bir araya gətirərək dinlərarası dialoqa həsr olunmuş plenar iclas keçiriləcək. Dinlərarası və mədəniyyətlərarası dialoq, eləcə də dini dözümsüzlük üzrə mütəxəssislərimiz dini icmaların sülhquruculuğuna, barışığa və sosial həmrəyliyə necə töhfə verə biləcəyini araşdıracaq, müasir qlobal çağırışların həllində dini dialoqun vacib rolunu vurğulayacaqlar. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.