Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyət nazirinin müavini: Gənclər və tələbələr üçün yeni təşəbbüslərimiz və proqramlarımız çoxdur

26.10.2026 [15:38]

Xəbərin mətni

Gənclər və tələbələr üçün yeni təşəbbüslərimiz və proqramlarımız çoxdur. Bu il proqramımıza gənclərlə bağlı istiqaməti də əlavə etmişik. Bütün beynəlxalq tərəfdaşlarımızın gənclər proqramı ilə bağlı müəyyən tədbirləri var. Bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.