Qarabağa investisiyaların cəlbi AIREX 2026 sərgisində müzakirə olunacaq
26.10.2026 [17:02]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinə investisiyaların cəlb edilməsi, regionun iqtisadi potensialının beynəlxalq ictimaiyyətə tanıdılması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət istiqamətlərindəndir. Bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi AIREX 2026 ilə bağlı keçirilən mətbuat konfransında deyib.