Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fariz Cəfərov: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün insan kapitalına investisiya artırılmalıdır

26.10.2026 [17:28]

Xəbərin mətni

Prezident İlham Əliyev tərəfindən rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir və burada müxtəlif dövlət qurumları təmsil olunur. Bu istiqamətdə rəqəmsal infrastrukturun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və insan kapitalının gücləndirilməsi ilə bağlı 75-dən çox tədbir müəyyən edilib. Bu addımlar dövlət qurumları arasında əməkdaşlığı, özəl sektorun cəlb olunmasını, infrastrukturun inkişafını, eyni zamanda, süni intellektin inkişafını, rəqəmsal sahənin sürətləndirilməsini və xüsusilə insan kapitalının inkişafı ilə bağlı tədbirləri və hədəfləri əhatə edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.