Azərbaycan Dövlət İnformasiya Agentliyi

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir

27.10.2026 [13:33]

Xəbərin mətni

Biz dayanıqlı inkişafı dəstəkləyən, yerli icmaların öz təşəbbüslərini hazırlamasına və həyata keçirməsinə imkan verən mexanizmlərdən istifadə edirik. Bu istiqamətdə BMT-nin İnkişaf Proqramı ilə birgə layihələrimiz mövcuddur. Bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-ci görüşünün xüsusi birgə sessiyasında çıxışı zamanı deyib.