Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir
27.10.2026 [13:34]
Xəbərin mətni
Müasir dövrün ən mühüm məsələlərindən biri süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlığın gücləndirilməsidir. Yekun sənəd mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı irəli sürülən təklifləri əks etdirir. Bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimindəki çıxışında səsləndirib.