ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir
27.10.2026 [13:36]
Xəbərin mətni
Beynəlxalq əməkdaşlıq yalnız bəyanatlarla məhdudlaşmamalıdır. Öhdəliklər konkret nəticələr verdikdə və insanlar bu nəticələri gündəlik həyatlarında hiss etdikdə əməkdaşlıq real məna qazanır. Uğurun əsas meyarı qəbul edilən qərarların insanların həyatında müsbət dəyişikliklər yaratmasıdır. Bu fikirləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasındakı çıxışında səsləndirib.