Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır
27.10.2026 [14:17]
Xəbərin mətni
Dövlət xidmətlərinin göstərilməsində istifadə olunacaq Azərbaycan dili modellərinin hazırlanması istiqamətində işlər aparılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasın açılışında deyib.