Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır
27.10.2026 [16:56]
Xəbərin mətni
Qırğız Respublikası mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir. Gənclərin dəstəklənməsi, sənətşünaslığın inkişafı və arxivlərin qorunması mədəni irsin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu fikirləri Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimindəki çıxışında səsləndirib.