Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq

27.10.2026 [16:58]

Xəbərin mətni

Sudanın üzləşdiyi çətinliklərə baxmayaraq, ölkənin maddi və qeyri-maddi mədəni irsinin qorunması, mədəni tədbirlərin təşkili və bu istiqamətdə planların hazırlanması üçün məsuliyyətlə çalışırıq. Dərk edirik ki, mədəniyyət milli yaddaşın qorunmasında mühüm rol oynayır. Sudan mədəniyyətinin beynəlxalq proqramlar çərçivəsində tanıdılması və ölkənin zəngin irsinin dünyaya təqdim edilməsi əsas məqsədlərimizdəndir. Bu fikirləri Sudanın mədəniyyət, informasiya və turizm naziri Khalid İsmail Ahmed Ali oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI