Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

27.10.2026 [18:21]

Xəbərin mətni

Azərbaycan biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə hərtərəfli iqtisadi islahatlar həyata keçirib. Bu səylər iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.