Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ
27.10.2026 [18:40]
Xəbərin mətni
Azərbaycanda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif bölgələrindən çoxsaylı iştirakçının qatılması ilə diqqət çəkib. Biznes dialoq çərçivəsində aparılan müzakirələr isə yaradıcı sənayelərdə yeni tendensiyaları və yerli istedadların dəstəklənməsi imkanlarını nəzərdən keçirməyə şərait yaradıb. Bunu Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Qazaxıstanın “Alphabet Limited GP” investisiya və konsaltinq şirkətinin baş direktoru Ernur Rısmaqambetov AZƏRTAC-a müsahibəsində deyib.