Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var

28.10.2026 [14:35]

Xəbərin mətni

Dini liderlər, bütün dinlərin və inancların nümayəndələri, hamımız bir araya gəlməliyik. Mənim mandatım məhz bundan ibarətdir. Bu səbəbdən dinlərarası dialoqa, müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var. Bunu BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI