Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır

28.10.2026 [14:40]

Xəbərin mətni

Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi və qlobal sülhün təşviqi məqsədilə Azərbaycan və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır. Bu fikirləri Pakistanın Dini İşlər və Dinlərarası Harmoniya naziri Sərdar Məhəmməd Yusif VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel sessiyasında çıxışı zamanı səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI