KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır
28.10.2026 [16:34]
Xəbərin mətni
Dini ənənələr mərhəmətə, həmrəyliyə və barışığa təşviq edə bilər. Bununla belə, dindən yanlış şəkildə istifadə oluna, yaxud o, cəmiyyətlər arasında parçalanmanı dərinləşdirmək üçün bir vasitəyə çevrilə bilər. Bu fikirləri Kral Abdulla bin Əbdüləziz adına Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi vəzifəsini icra edən Antonio de Almeida-Ribeiro oktyabrın 28- də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.