İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir
28.10.2026 [17:11]
Xəbərin mətni
Bosniya və Herseqovina 1994-cü ildən İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi dövlət statusuna malikdir. Ölkəmiz nisbətən gənc dövlətdir. Cinayətkarlığın bütün formalarına qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarımız da nisbətən yenidir. Bu baxımdan, Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi, bilikləri və praktik fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir. Bunu Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin müavini İvitsa Boşnyak Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.