Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir
28.10.2026 [18:30]
Xəbərin mətni
Azərbaycan hökumətinə göstərilən qonaqpərvərliyə və korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş bu böyük tədbirin peşəkar səviyyədə təşkilinə görə səmimi təşəkkürümü bildirirəm. Bunu Tunisin İnzibati və Maliyyə Nəzarəti üzrə Ali Orqanının prezidenti İmed Hazqui İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.