Azərbaycan Dövlət İnformasiya Agentliyi

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir

28.10.2026 [18:46]

Xəbərin mətni

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü Məkkə Əl-Mükərrəmə Konvensiyasının icrasının irəli aparılması, xüsusilə də sərhədlərarası məlumat mübadiləsi, qarşılıqlı hüquqi yardım, aktivlərin müəyyən edilməsi və geri qaytarılması, həmçinin hüquq-mühafizə fəaliyyətlərinin daha səmərəli əlaqələndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bunu Oman Sultanlığının Dövlət Maliyyə və İnzibati Audit Orqanının qurumların, investisiyaların və şirkətlərin fəaliyyətinə nəzarət üzrə vitse-prezidenti Zəhra Mohamed Redha Mohamed Səid Əl-Ləvati İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI