Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda qəza - avtomobil klinikaya çırpıldı

04.11.2026 [14:06]

Xəbərin mətni

Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Yol ayrıcında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.