Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb
04.11.2026 [17:40]
Xəbərin mətni
Cari ilin ötən dövründə geosiyasi münaqişələr fonunda qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş qlobal inflyasiyanı artırıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.